“Traktorsazi”nin adı rəsmən dəyişdirildi

İran Premyer Liqasında mübarizə abaran Təbriz klubu “Traktorsazi”nin adı dəyişdirilib.
Qaynarinfo xəbər verir ki, bundan sonra klubun rəsmi olaraq “Traktor” FK (Tractor Football Club) adlandırılacaq. Yəni, klubun adındakı fars kəlməsi olan “SAZİ” sözü yığışdırılıb.
Cənubi Azərbaycan klubu 1970-ci ildə Traktor fabrikinin dəstəyi ilə yaradılmışdı və “Tractor Sazi Football Club” şəklində adlandırılmışdı. Ötən mövsümdən etibarən özəl birinə satılan klubun adındakı “SAZİ” sözünə ehtiyac qalmayıb və yeni rəhbərlik tərəfindən “Tractor” FC olaraq dəyişdirilməsinə qərar verilib.

  DİGƏR XƏBƏRLƏR