Tramp Çini ittiham etdi: Bunu edə bilməzlər

ABŞ Çinlə ticarət sazişi imzalamağa mütləq nail olacaq.

“RİA Novosti” xəbər verir ki, bunu Birləşmiş Ştatların Prezidenti Donald Tramp bəyan edib.

O, “Fox News”a müsahibəsində bildirib ki, artıq Çin saziş bağlamaq istəyir:

“Mən saziş imzalamaq istərdim. Biz razılıq əldə etmişdik, amma Çin tərəfi sazişin şərtlərini dəyişdirməyə cəhd etdi. Lakin onlar bunu edə bilməzlər”.

Qeyd edək ki, mayın ortalarında ticarət üzrə ABŞ-Çin danışıqlarının sonuncu mərhələsi nəticəsiz qalıb. ABŞ dəyəri 200 milyard dollar olan Çin mallarının idxalına gömrük rüsumunu 10 faizdən 25 faizədək artırıb. Bundan sonra D.Tramp Çindən 300 milyard dollar qiymətləndirilən idxala görə də rüsumları artırmağı tapşırıb.

Buna cavab olaraq Çin Maliyyə Nazirliyi dəyəri 60 milyard dollar olan ABŞ mallarına rüsumun iyunun 1-dən artırıldığını elan edib.

  DİGƏR XƏBƏRLƏR