Zelenski ilə görüşdə Merkeli titrəmə tutdu

Almaniya Kansleri Angela Merkel Ukrayna Prezidenti Valdimir Zelenski ilə Berlində görüşü zamanı qəfildən özünü pis hiss edib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Kanslerin qəribə hərəkətləri medianın diqqətindən yayınmayıb.

Zelenski və Merkel qırmızı xalı üzərində dayanaraq ölkələrin himninin çalınmasını gözləyiblər. Bu zaman kansleri anlaşılmaz əsmə tutub. Özünü sakitləşdirməyə çalışan Merkel tez- tez əllərini hərəkət etdirib. Bildirilir ki, Merkelin səhhəti istiyə görə pisləşə bilər, hazırda Berlində 30 dərəcə isti var.

Qeyd edək ki, Vladimir Zelenski Almaniyaya bir günlük səfər edib. Bu, onun dövlət başçısı kimi ilk rəsmi xarici səfəridir.

  DİGƏR XƏBƏRLƏR