Əsən Merkel, “şəxsiyyəti ikiləşən Tramp”, xərçəng Mitteran, idmançı Putin…

Almaniya kansleri Angela Merkelin iki həftə içində 3 dəfə əsməsi ölkəsində ciddi çaxnaşmaya səbəb olub. A.Merkel Danimarka baş naziri Mette Frederiksenin qəbul mərasimində himnləri ayaq üstə deyil, oturaq vəziyyətdə dinləmişdi. Avropanın ən qüdrətli baş naziri hələ də sağlam olduğunu iddia edir.

Bütan bunlar liderlərin səhhətləri barədə gedən informasiyalara necə yanaşdığı barədə sualları gətirib.

Almaniyanın “Tagesspiegel” qəzeti “Donald Trampın sağlamlığı barədə şayiələr heç vaxt tükənmədiyini, hətta prezidentin şəxsiyyət ikiləşməsi, demensiya və ya Alsheymer xəstəliyinə mübtəla olduğunu söyləyənlərin olduğunu bildirir. Bu səbəbdən 2018-ci ildə tam müayinədən sonra ABŞ prezidentinin əqli qabliyyətinin yerində olduğu məlumatı verilib.

Image result for Cefri epşteyn

“Burada əsas məqsəd liderin əmək qabiliyyəti barədə xalqa məlumatın çatdırılmasıdır. Doğrudur, heç də bütün informasiyalar olduğu kimi təqdim edilmir. Məsələn, onun nə vaxtsa infarkt və ya insult olduğu, və ya xərçəng xəstəyilinə tutulduğu barədə ictimaiyyətin həmişə xəbəri olmur. ABŞ Konstitusiyasının 25-ci düzəlişində prezidentin xidməti fəaliyyət qabliyyətsizliyinin ortaya çıxdığı tədirdə onun səlahiyyətlrinə dərhal son verilməsi qeyd olunub. Lakin bu qabiliyyətsizliyin necə müəyyən olunması məsələsi qeyri-müəyyən qalıb”,-deyə yazıda göstərilir.

Fransada isə prezidenitn tibbi müayinəsinin məticələri açıqlanmır. Həmin mövzu mətbuat üçün tabu sayılır.

Image result for fransua mitteran

Yəqin bu səbəbdəndir ki, keçmiş prezident Fransua Mitteranın 1981-ci ildə hakimiyətə gəldiyi vaxtdan prostat xərçəngi olduğu barədə fransızlar sadəcə 1992-ci ildə, özü də təcili əməliyyat müdaxiləsinə ehtiyac yarandığı zaman xəbər tuta biliblər.

Rusiya prezidenti Vlaidimir Putinin sağlamlığı barədə informasiya da dövlət əhəmiyyətli məsələ sayılır. Çünki prezidentin səhhətində yarana biləcək hər hansı problem Rusiyanın bürokratik aparatına zərbə vura bilər. Buna görə də onun hər gün nazirlərlə, regional siyasətçilərlə görüşləri televiziyalarda bol-bol göstərilir.

Image result for putin ovda

Prezidentin dzü-do ilə məşğul olduğu, yarıçılpaq şəkilləri mətbuatda yayılır, onun xokkey oynadığı, at sürməsi, balıqçılıqla və hətta sualtı üzgüçülüklə məşğul olması Rusiya və dünya mətbuatının gündəmindən düşürülmür.

“Bütün bunlar Rusiyanın Brejnev, Andropov, Çernenko kimi xəstə adamların əlində olmamasını göstərmək üçündür”,-deyə məqalədə qeyd olunub.

  DİGƏR XƏBƏRLƏR