6 dəfə ölüb-dirilən qadının yazdığı sözlər görənləri şok etdi – VİDEO

Amerikanın Kaliforniya əyalətində yaşayan Tine Hines adlı qadın ürək xəstəliyi səbəbilə 6 dəfə ölüb-dirilib.

Hines 4 dəfə həkimlər, 2 dəfə isə həyat yoldaşı tərəfindən həyata qaytarılıb.

Ağılları qarışdıran qəribə hadisəni qadının bacısı qızı Madie Conson belə danışıb “Təxminən 1 il əvvəl tanıdığım ən qeyri-adi, ən ağıllı və ən sağlam insanlardan biri olan xalam Tina infakt keçirdi. Həyat yoldaşı Brian xəstəxanaya gəlməzən əvvəl xalamı iki dəfə diriltdi. Xəstəxanaya gəldikdə həkimlər öldüyünü dedi. Daha sonra o, möcüzəvi şəkildə oyandı. Oyandıqda danışa bilmirdi. Sadəcə kağız və qələm istədiyini bildirdi. Kağıza “o, həqiqidir” sözlərini yazdı. Kağızı oxuyan hər kəs çox təəccübləndi və “həqiqi olan nədir?” sualını verdilər. xalam göz yaşı içində səmanı işarə etdi” .

Tina Hines həzrəti İsa və digər dünyanı nəzrdə tutaraq kağızın üzərinə “Həqiqətdir” sözünü yazmışdı. Bacısı qızı Conson hadisədən çox təsirlənərək həmin yazını qoluna döymə kimi çəkdirib.

Tine Hines şəxsi sosial media hesabında baş verənləri danışaraq “bu həqiqi hekayəni paylaşmağa məcbur idim. Bəzən zəifləyən inancım artıq çox qüvvətlidir. Mənə sonsuz bir ümid verdi və həyat tərzimi dəyişdirdi” sözlərini deyib./metbuat.az

  DİGƏR XƏBƏRLƏR