Almaniyanın müdafiə naziri istefa verəcək

Almaniyanın müdafiə naziri Ursula fon der Leyen istefa verəcək.

“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, bu onun Avropa Komissiyası prezidentliyinə namizəd olması ilə əlaqədardır.

Nazir “Twitter” hesabında səsvermənin nəticələrindən asılı olmayaraq istefa verəcəyini yazıb:

“Sabah Avropa Parlamentinin etimadını qazanmaq istəyirəm. Bütün enerjimi Avropaya xidmət etmək məqsədiylə nəticədən asılı olmayaraq çərşənbə günü Müdafiə Naziri vəzifəmdən imtina edəcəm”.

Xatırladaq ki, Avropa Komissiyası prezidentliyinə seçkilər iyulun 17-də keçiriləcək.

  DİGƏR XƏBƏRLƏR