Avropa Parlamentinin yeni prezidenti müəyyənləşdi

Avropa Parlamentinin yeni prezidenti müəyyənləşib.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, Sosial Demokratların namizədi italiyalı David Mariya Sassoli parlamentin 667 üzvündən 345-nin dəstəyini qazana bilib. 63 yaşlı Sassoli alman, ispan və çex rəqiblərini geridə qoyub.
Qeyd edək ki, keçmiş jurnalist olan David Mariya Sassoli 2014-cü ildə AP-nin prezident köməkçisi seçilmişdi.

  DİGƏR XƏBƏRLƏR