Avropanın ən böyük akvariumu çatladı – VİDEO

Rusiyanın Moskva şəhərində yerləşən “Aviapark” ticarət mərkəzindəki Avropanın ən böyük akvariumu çatlayıb.

“Qafqaz Xəbər” qəzeti qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şahidləri tərəfindən çəkilən videodan da görünür ki, TM-in əməkdaşları akvariumun ətrafına sədd çəkib və su axan yerlərə vedrələr qoyub.

Əməkdaşların səylərinə baxmayaraq, su axının qarşısını almaq mümkün olmayıb. Hazırda bu istiqamətdə işlər aparılır.

  DİGƏR XƏBƏRLƏR