Ayaz Mütəllibovun xanımı vəfat etdi

Azərbaycan Respublikasının 1-ci Prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədibə xanım uzun sürən xəstəlikdən sonra bu gün səhər saatlarında haqq dünyasına qovuşub.

“Qafqaz Xəbər” qəzeti  saytı Moderator.az-a istinadən xəbər verir ki, eks-prezidentin həyat yoldaşının hüzr mərasimi bu gün Təzəpir məscidində keçiriləcək.

Mərhum bu gün Yasamal qəbiristanlığında oğlunun məzarının yanında dəfn olunacaq.

Allah rəhmət eləsin!

  DİGƏR XƏBƏRLƏR