Azərbaycanda at sahibini vurub öldürdü

Goranboy sakini  at vurması nəticəsində ölüb. 

“Qafqaz Xəbər” qəzeti qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakini 1954-cü il təvəllüdlü Mehdi Mehdiyev ağır vəziyyyətdə xəstəxanaya çatdırılıb. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Yaxınları M. Mehdiyevin Qara Süleymanlı kəndində atının təpiklə vurması nəticəsində bu hala düşdüyünü bildiriblər.

Faktla bağlı araşdırma aparılır.

  DİGƏR XƏBƏRLƏR