Bakı sakininə 43 min dollarlıq kələk gəliblər

DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini A.İsmayılov cari il yanvar ayının 25-də paytaxt sakini L.Əliyeva tərəfindən aldadılıb 43.000 ABŞ dollarının alındığını bildirib.

DİN Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, müraciətlə əlaqədar Səbail Rayon Polis İdarəsində müvafiq araşdırmalar aparılmışdır. Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Əməliyyat-axtarış tədbirləri ilə L.Əliyeva polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onun cari ilin mart ayında Bakı şəhər sakini olan daha bir qadını aldadıb 4.000 manatını alması da müəyyən edilib.

  DİGƏR XƏBƏRLƏR