Braziliyanın finaldakı rəqibi bilindi – VİDEO

Amerika Kubokunda ikinci finalçının adına aydınlıq gəlib.

Milli.Az xəbər verir ki, həlledici görüşə vəsiqə uğrunda Çili və Peru yığmaları üz-üzə gəlib. 3:0 hesabı ilə qalib gələn Peru finala yüksəlib.

Final oyunu Braziliya ilə Peru arasında keçiriləcək.

Çili – Peru 0:3

Qollar: Edinson Flores, 21, Yoşimar Yotun, 38, Xose Paolo Qerrero, 90

 

  DİGƏR XƏBƏRLƏR