“Cakonda” əsəri Medici qalereyasına köçürülür – Şah əsəri gecə köçürüləcək

İtalyan rəssam Leonardo Da Vinçinin şah əsəri “Cakonda” Medici qalereyasına köçürüləcək.

Köçürülmənin səbəbi Luvr muzeyində aparılan təmir işləridir. Əsər iyulun 17-də gecə köçürüləcək . “Mona Liza” əvvəllər dövlətlər zalında yerləşirdi. Rəsm əsəri təmir işləri bitənə qədər Medici qalereyasında qalacaq.

“Mona Liza” xüsusi hava ilə doldurulmuş qutuda yerləşdiriləcək. Tablonu kamera flaşlarından zirehli şüşə qoruyur. Rəsm taxta üzərinə çəkildiyi üçün vaxt ötdükcə və temperaturun düşməsinin təsiri ilə şəkildə çat əmələ gəlib. Muzeyin içərisində şah əsərini zədələməmək üçün sərt hərəkət etməməyə çalışırlar.

Qeyd edək ki, “Cakonda” oktyabrda yenidən öz yerinə qaytarılacaq.

  DİGƏR XƏBƏRLƏR