Cenifer Lopez Türkiyəyə gəlir – Ərdoğanın qaldığı villaya yerləşəcək

Məşhur müğənni Cenifer Lopez avqustun 6-da “It’s My Party” qastrol səfərləri çərçivəsində Türkiyədə konsert verəcək.

Oxu.Az xəbər ki, Antalyadakı lüks oteldə iki saat konsert verməyə hazırlaşan müğənni güllə keçirməyən şüşə villada qalacaq.

Artıq villa ulduzun istəyinə uyğun olaraq hazırlanıb.

Məlumat üçün bildirək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G20 zirvəsi zamanı sözügedən villada qalıb.

Dünya ulduzu Türkiyəyə on tır əşya ilə gələcək.

Qeyd edək ki, konsertin biletlərinin qiyməti 7000 TL və 50 min avro arasında dəyişir.

  DİGƏR XƏBƏRLƏR