Çində 1,35 milyondan çox insan öz bədənini donor məqsədi üçün vəsiyyət edib

Ölümündən sonra öz bədənini orqan köçürülməsi üçün təqdim etməyə hazır olduğunu bildirən Çin sakinlərinin sayı son beş ildə on dəfələrlə artıb.

AZƏRTAC “Çhina Daily” qəzetinə istinadla xəbər verir ki, hazırda belə insanların sayı 1,35 milyon nəfəri ötüb. Onların əksəriyyətini 30 yaşadək gənclər təşkil edir.

Nəşrin məlumatına görə, ÇXR-də könüllü donorluq hallarının rəsmi qeydiyyatına başlanıldığı 2014-cü ildən indiyədək bu sayaq “ölümdən sonrakı kömək” 70 minədək insanın həyatını xilas etməyə imkan verib.

Çin insan bədəninin müxtəlif hissələrinin ölümdən sonrakı donorluğu sahəsində dünya lideridir. ÇXR-in hakimiyyət orqanları bu məsələdə digər ölkələrin tibb müəssisələri ilə əməkdaşlığın inkişafına yaxından kömək göstərir.

  DİGƏR XƏBƏRLƏR