Diananın köynəyi rekord qiymətə satıldı

Şahzadə Dianaya məxsus köynək rekord qiymətə satılıb.
Qaynarinfo xəbər verir ki, “RR Auction” mərkəzində baş tutan satışda geyim 53,5 min dollara alıcı tapıb.
Köynək Dianaya biznes maqnatı Riçard Branson tərəfindən hədiyyə edilib, Şahzadə isə həmin geyimi məşqçisi Cenni Rivettə verib. Şahzadə həmin paltardan idman edərkən istifadə edib və köynək daha əvvəl yuyulmayıb.

  DİGƏR XƏBƏRLƏR