Din adamı artıq çəkili qadınların cənnətə gedə bilməyəcəyini iddia etdi

Braziliyada maraqlı hadisə baş verib.

“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, San-Paulu şəhərində, 50 min auditoriya qarşısında çıxış edən keşiş Marselo Rossini artıq çəkili qadınların cənnətə gedə bilməyəcəyini iddia edib.

Bundan sonra baş verənlər isə hamını təəccübləndirib. Belə ki, auditoriyadakı qadınlardan biri keşişi səhnədən itələyib. Keşiş dəqiqələr sonra səhnəyə qayıdaraq heç nə olmamış kimi çıxışına davam edib.

Qadının aqibəti haqqında isə məlumat verilməyib.

  DİGƏR XƏBƏRLƏR