Donald Trampın reytinqi yüksəlib

Generated by IJG JPEG Library

ABŞ prezidenti Donald Trampın reytinqi yüksəlib.

Qaynarinfo xəbər verir ki, 2020-ci ildə prezident seçkilərinə hazırlaşan ölkədə dövlət başçısına rəğbət ən yüksək səviyyəyə çatıb. Bu barədə “Washington Post” və “ABC News” orta sorğu hazırlayıb. Donald Trampın addımlarını dəstəkləyənlərin sayı aprel ayından bəri 5% artaraq 47%-ə çatıb. Sorğuda iştirak edənlərin 65%-i ölkə rəhbərinin prezidentlik postuna yaraşmadığını, 51%-i isə onun iqtisadi sahədə addımlarını doğru hesab etdiklərini bildirib.
Sorğuya görə, ölkə əhalisinin əksəriyyəti D.Trampın qadın haqları, səhiyyə, miqrasiya, abort, iqlim dəyişikliyi, xarici siyasət, silahlara nəzarət məsələlərində mövqeyini dəstəkləmir.

  DİGƏR XƏBƏRLƏR