Etna təyyarə səfərlərinin ləngiməsinə səbəb oldu

İtaliyanın Siciliya adasında yerləşən Etna vulkanında aktivlik davam edir.
Qaynarinfo xəbər verir ki, gecə ərzində ətrafa lava və kül püskürdən yanardağdakı proseslər Kataniya şəhərində təyyarə səfərlərinin ləngiməsinə səbəb olub. Kataniya beynəlxalq aeroportu fəaliyyətini qismən davam etdirir.
Qeyd edək ki, Etnada 14 iyuldan bəri aktivlik müşahidə edilirdi.

  DİGƏR XƏBƏRLƏR