“Eynşteyn, Kürilər bilsəydilər ki, atom silahı dünyanı məhv edəcək…”

Limunət Əmrahlı: “Hər bir kəşfin həm müsbət, həm də mənfi təsirləri ola bilər”

“Əsas məsələ kimin bundan necə istifadə etməsidir”Dünya mediasında insanın mənfi xatirələrini silən, həmin xatirələri həmişəlik ortadan qaldıran tibbi üsulun kəşf edildiyi ilə bağlı informasiya yer alıb. Məlumata görə, yeni üsul insanlara istəmədikləri xatirəlrədən xilas olmağa imkan verəcək.

Maraqlıdır, insanın xatirələrinin bir hissəsini silməyi, bu xatirələr nə qədər arzuedilməz olsa da, insanlara yardım kimi xarakterizə etmək nə dərəcədə doğrdur? Bu, həm də həmin insanın keçmişinə, keçmişlə bağlı gerçək hiss və düşüncələrinə qəsd etmək, ona yarımçıq və süni xatirə dünyası bəxş etmək kimi dəyərləndirilə bilərmi?

Moderator.az-a açıqlama verən “Psixoqamma”nın rəhbəri, tanınmış psixoloq Limunət Əmrahlı məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Elm inkişaf etdikcə, yeni kəşflərin təqiqi başlandıqca onların insana həm müsbət, həm də mənfi təsirləri olur. Bu problemin yalnız müsbət nəticələr verəcəyinə də ümid bəsləməyimiz doğru deyil. Bəzən insanın həyatında dəhşət, vəhşət yaradan hadisələr baş verir. Bu hadisələr ona əzab verən, silinməli olan xatirələrlə iz qoyur. Belə xatirələri silmək lazım gələ bilər. Ancaq bu yeniliyin digər məqsədlər üçün də istifadə edilməyəcəyinə kim qarantiya verə bilər? Eynşteyn, Kürilər bilsəydilər ki, atom silahı dünyanı məhv edəcək, onun nəzəriyyəsini yaratmazdı. Ancaq edilir. Bu kəşf də insanın psixoloji sahəsinə həm müsbət, həm də mənfi təsirlərin göstərilməsinə imkan yaradacaq. Əsas məsələ budur ki, həmin kəşfdən kimlər necə istifadə edəcək.

Bir məsələni də qeyd etmək istərdim. Psixologiya elmi belə xatirələri insanın özünün daxili gücü hesabına silməyin çoxsaylı psixiatrik və korreksion yollarını işləyib. Bu yollardan istifadə etmək daha məqsədəuyğundur. Nəinki ona belə süni müdaxilələr etməklə. Hələ biz göstərilən müdaxilələrin psixikanın daha hansı sahələrinə də təsir göstərəcəyini bilmirik. Hər halda, düşünmürəm ki, neyrocərahiyyə elmi insan beyninə etdiyi müdaxilələrin təsir dairəsini tam lokallaşdırmaq və ya məhdudlaşdırmaq gücündədir”.

 

Seymur ƏLİYEV

  DİGƏR XƏBƏRLƏR