“Google”nin fəaliyyətində nasazlıq yarandı

Dünyanın bir sıra ölkələrində Amerikanın “Google” axtarış sisteminin işində problemlər müşahidə olunub.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə internet resursların işini izləyən məşhur “Downdetector” xidmətinin səhifəsində bildirilib.

“Google işində nasazlıqlar ABŞ-ın Şərq sahili vaxtı üzrə saat 20:21-dən müşahidə olunur”, – deyə xidmətin xəbərində qeyd edilib.

Nasazlıqlardan ən çox şikayətlər ABŞ istifadəçilərindən daxil olub. Həmçinin Yaponiya, Latın Amerikası (Peru, Braziliya, Meksika) və Avropa (Belçika, İspaniya) ölkələrinin internet istifadəçiləri “Google”nin işindən narazılıq ediblər.

  DİGƏR XƏBƏRLƏR