Gürcüstan Rusiyaya görə 2,5 milyard ziyana düşdü

Gürcüstan Rusiyanın tətbiq etdiyi sanksiyalara görə 2019-cu ildə 2,5 milyard lari ziyan çəkə bilər.

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə Milli Turizm Administrasiyasının sədri Mariam Kvrivişvili açıqlama verib.

Onun sözlərinə görə, 2019-cu ildə Rusiyadan 1,7 milyon turistin gəlişi gözlənilirdi. Onların ölkədə sərf edəcəyi vəsait isə 2,5 milyard lariyə çatmalı idi. Ötən il rus turistlərin sayının 1,4 milyon nəfər olduğu vurğulanırdı. Gürcüstanın turizm sektorunun 2018-ci ildə qazandığı 8 milyard lari xalis gəlirin 2 milyard larisinin rus turistlərinin payına düşdüyü də məlumdur.

  DİGƏR XƏBƏRLƏR