Gürcüstan XİN-dən “Keşikçidağ” – Açıqlaması

Gürcüstanın Xarici İşlər Nazirliyi Azərbaycanla sərhəddə yerləşən Keşikçidağ Məbədi-Kompleksində baş verən insidentlə bağlı məlumat yayıb.

“Qafqazinfo” xəbər verir ki, nazirlik baş verənlərin iki ölkə arasındakı əməkdaşlıq münasibətlərinə uyğun olmadığını hesab edir.

Məlumatda qeyd olunub ki, Gürcüstanın müvafiq qurumlarının təxirəsalınmaz reaksiyasından sonra insident tezliklə aradan qaldırılıb və faktla bağlı araşdırma başlayıb.

“Bu cür insidentlər hər iki ölkənin mövcud strateji və əməkdaşlıq münasibətlərinə uyğun deyil. Buna görə də hesab edirik ki, öz növbəsində ekspert qrupları və delimitasiya üzrə komissiyanın görüşləri davam etdirilməlidir, Gürcüstan tərəfi də bu işdə tam hazırlığını nümayiş etdirir”, – deyə Gürcüstan XİN-in açıqlamasında bildirilir.

  DİGƏR XƏBƏRLƏR