Honq-Konqda Çinə birləşməyə etiraz-FOTO

Bazar ertəsi, iyulun 1-də Honq-Konqda kütləvi nümayişlər keçirilib.

Axar.az-ın “İnterfaks”a istinadən məlumatına görə, nümayişlər Honq-Konqun Böyük Britaniya tərəfindən Çinə qaytarılmasının 22 illiyinə həsr olunub.

Polis əməkdaşları nümayişçilərə qarşı gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib.

Qeyd edək ki, Honq-Konq 1997-ci ilin iyulun 1-də 50 il müddətinə Çinin xüsusi inzibati rayonu statusu alıb. Pekin bununla bağlı “bir ölkə, iki sistem” kursunu elan edib.

  DİGƏR XƏBƏRLƏR