İran Britaniyaya məxsus tankeri ələ keçirəcəyi ilə hədələdi

İran Cəbəllütariqdə saxlanılan tankerinin azad edilməyəcəyi təqdirdə, Britaniya tankeri ələ keçirəcəyini bəyan edib.

“İnterfaks” xəbər verir ki, bu barədə İran Məqsədəuyğunluq Şurasının katibi Mohsen Rezaye bildirib.

“İranın vəzifəsi eyni şəkildə hərəkət etmək və İran tankeri dərhal sərbəst buraxılmayacağı təqdirdə, Britaniya tankerini ələ keçirməkdir”, – M.Rezaye “Twitter”də yazıb.

Qeyd edək ki, dünən Cəbəllütariq səlahiyyətliləri Suriyaya xam neft daşıdığı və bununla da Avropa İttifaqının Suriyaya qarşı sanksiyalarını pozduğu ehtimal edilən “Grace 1” tankerini saxlayıb. Qərb mediasının məlumatına görə, gəmi Suriyaya İrandan yola çıxıb.

Baş verənlələ əlaqədar Böyük Britaniyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

  DİGƏR XƏBƏRLƏR