İspaniya Avropa çempionu oldu – VİDEO

İtaliyada keçirilən 21 yaşadək futbolçular arasında Avropa çempionatının final görüşü baş tutub.

1news.az-ın məlumatına görə, həlledici oyununda İspaniya və Almaniya qarşılaşıb. Oyunda 2:1 hesabı ilə qalib gələn İspaniya çempion olub.

İspanlar tarixində 5-ci dəfə bu uğura nail olub.

İspaniya U-21 – Almaniya U-21 2:1

Qollar: Fabian Ruis, 7, Daniel Olmo, 69 – Nadiem Amiri, 88

1news.az

  DİGƏR XƏBƏRLƏR