İstirahət mərkəzlərinin sahibləri cəzalandırıldı

Daxili İşlər Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi çimərliklərdə reydləri davam etdirir.

Növbəti reyd iyulun 5-də paytaxtın Türkan qəsəbəsi ərazisində keçirilib. Reyd zamanı çirkab suların dənizə axıdılması faktları aşkar edilib və “Voyaj”, “Park Riyad”, “Caspian Beach” istirahət mərkəzlərinin sahibi və icarədarları İnzibati Xətalar Məcəlləsinin 233 və 264-cü maddələrinin tələblərini pozduqlarına görə barələrində protokollar tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

  DİGƏR XƏBƏRLƏR