Merkel səhhəti barədə danışdı

Almaniya kansleri Angela Merkel səhhəti barədə danışıb.

Qaynarinfo xəbər verir ki, mətbuat konfransında gündəmdəki mövzulardan danışan kansler səhhəti barədə verilən sualı da cavabsız qoymayıb. O, sağlamlığı ilə məşğul olduğunu, səhhətinin işinə maneə yaratmadığı dilə gətirib. A.Merkel bildirib ki, siyasi fəaliyyəti 2021-ci ildə yekunlaşır, bu müddətə qədər vəzifədə olacaq, daha sonra isə həyatına davam edəcək.

Qeyd edək ki, A.Merkel ötən həftələrdə Ukrayna prezidenti Vladimir Zelenski, Finlandiyanın Baş naziri Antti Rinneni qarşılayarkən, prezident Frank Volter Ştaynmeyerin yanında dayanarkən şiddətli şəkildə titrəyib. Bu faktlar kanslerin sağlamlıq vəziyyəti ilə bağlı müzakirə və narahatlıqlara səbəb olub

  DİGƏR XƏBƏRLƏR