Mesut Özil dostunu həyat yoldaşına özəl mühafizəçi tutdu – qorxunc hadisədən sonra

Londonda həyat yoldaşı Amine Gülşe ilə bıçaqlı hücuma məruz qalan məşhur futbolçu Mesut Özil hərəkətə keçib.

“Qafqaz Xəbər” qəzeti  AzNews.az-a istinadən xəbər verir ki, futbolçu özünün və həyat yoldaşının təhlükəsizliyini qorumaq üçün mühafizəçilərinin sayını artırıb.

Belə ki, Mesut hadisə zamanı qorxu dolu anlar yaşayan Amine üçün yaxın dostunu özəl mühafizəçi tutub. O, daim həyat yoldaşını müşayiət edəcək.

Futbolçunun Londondakı evinin qarşısında 24 saat mühafizəçi olacaq.

Evinin təhlükəsizliyini üçün güvənlik sistemini dəyişdirən futbolçu yataq otağına belə barmaq iziylə daxil olacaq.

  DİGƏR XƏBƏRLƏR