Mübariz Mənsimovun Türkiyəyə apardığı Ağdaş sakininin SON DURUMU – YENİ FOTOLAR

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun İstanbula apardığı Ağdaş sakini Ramin Məmmədov iyul ayının sonunlarında əməliyyat olunacaq.

Bununla bağlı Yeniavaz.com-a R.Məmmədovun özü məlumat verib. O, bildirib ki, artıq müalicənin sonlarına yaxınlaşır: “Müalicəmin sonlarına gəlmişik. Ötən gün xəstəxanada MRT aparatından keçərək müayinə olundum. Həkimlər müayinələrin cavablarına uyğun hərəkət edəcəklərini, ola bilsin bu ayın sonlarında üzümdəki şişlə bağlı əməliyyat olunacağımı dedilər”.

R.Məmmədov müalicə olunduğu müddət ərzində hər zaman Mübariz Mənsimovun onunla maraqlandığını bildirib: “Sağ olsun, Mübariz müəllim daima məni diqqətdə saxlayır, səhhətimlə maraqlanır. Hələ ki Mübariz bəylə görüşməmişəm tam sağalım görüşüb təşəkkürümü bildirəcəm”.

Qeyd edək ki, R.Məmmədovun müalicə aldığı “LIV Hospital”ın cərrah-həkimi Gürsel Turqut Yeniavaz.com-a açıqlamasında bildirmişdi ki, əvvəlcə xəstənin üzündə olan şişin ölçüsünü kiçiltmək üçün 3 seans kimya terapiya olunacağını daha sonra isə şişin kiçilmə dərəcəsindən asılı olaraq, böyük və ya kiçik əməliyyat aparılacağını demişdi.

Mübariz Mənsimovun Türkiyəyə apardığı Ağdaş sakininin SON DURUMU

  DİGƏR XƏBƏRLƏR