“Neftçi” “Arsenal”a qalib gəldi – Video

Bu gün Avropa Liqasında II təsnifat mərhələsində ilk oyunlar keçirilir.

Təmsilçimiz “Neftçi” də növbəti matçına çıxıb.

Bakılılar Rusiyada Tula “Arsenal”ının qonağı olub. Oyunda yeganə qol 45+1-ci dəqiqədə vurulub. Dario Federikonun vurduğu qol “Neftçi”yə 1:0 hesablı qələbə qazandırıb.

Qeyd edək ki, komandaların cavab görüşü 1 həftə sonra Bakıda baş tutacaq.

  DİGƏR XƏBƏRLƏR