“Neftçi”nin veteran futbolçusu vəfat edib

“Neftçi” klubunun veteran futbolçusu Ələddin Ələkbərov vəfat edib.
Yaxınlarının APA-ya verdiyi məlumata görə, 59 yaşlı veteran futbolçu bu gün Bakıdakı özəl klinikalardan birində keçinib. O, böyrək çatışmazlığından həyatını itirib.
Qeyd edək ki, Ə. Ələkbərov 1960-cı ildə anadan olub. Yarımmüdafiəçi ampluasında çıxış edən Ə. Ələkbərov 1980-1984-cü illər ərzində “Neftçi”nin heyətində 64 oyun keçirib, 2 qol vurub.
Allah rəhmət eləsin!

  DİGƏR XƏBƏRLƏR