Orta maaş: Azərbaycan və…

Novator.az yenidən Azərbaycanın və yaxın ölkələrin orta maaş göstəricilərinə nəzər yetirib.

Rəsmi hesabata görə, 2019-cu il iyunun 1-nə Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 584 manata yaxınlaşıb.

Ermənistanda həmin müddətə aylıq orta maaş 179,6 min dram (640 manat), Ukraynada 10,2 min qrivna (614 manat) göstərilib.

Rusiyada iyulun 1-nə aylıq orta maaş 42,5 min rubl (1149 manat), Qazaxıstanda 168,4 min təngə (741 manat) həddində rəsmiləşib.

Belarusda mayın 1-nə aylıq orta maaş 1073,7 Belarus rublu (891 manat) olub.

Bu ilin əvvəlinə Gürcüstanda aylıq orta əməkhaqqının 1124 lari (669 manat) olduğu açıqlanıb.

  DİGƏR XƏBƏRLƏR