Pentaqon İrana məxsus PUA-nın vurulmasına aydınlıq gətirib

ABŞ gəmisi Hörmüz boğazının beynəlxalq sularında İranın pilotsuz uçan aparatını (PUA) özünümüdafiə məqsədi ilə vurub.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Pentaqon rəsmisi Conatan Hoffman bildirib.

Onun sözlərinə görə, PUA “USS Boxer” desant gəmisinə təhlükə yaradacaq məsafəyə yaxınlaşıb. Bundan sonra hərbçilər gəmi və ekipajın təhlükəsizliyini təmin etməyə qərar veriblər.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İrana məxsus PUA-nın ABŞ gəmisinin 900 metrliyində vurulduğunu açıqlayıb. Ağ evin rəhbəri dronun hərbçilər üçün təhdid olduğunu vurğulayıb.

  DİGƏR XƏBƏRLƏR