“Qarabağ” argentinalı futbolçuya “elçi düşdü”

Ağdamın “Qarabağ” klubu argentinalı futbolçu Lukas Qamba ilə danışıqlar aparır.

Bu iddia ilə Argentinanın “Ole” nəşri çıxış edib.

Məlumata görə, 32 yaşlı futbolçu hazırda “Urakan” klubunda çıxış edir. Klub futbolçu ilə müqaviləni pozmaq üçün üç milyon dollar kompensasiya istəyir.

Qeyd olunur ki, “Qarabağ”dan başqa, Argentinanın “Rosario Central” klubu da bu futbolçu ilə maraqlanır.

Xatırladaq ki, Azərbaycan çempionu buna qədər bu mövsüm dörd futbolçu transfer edib.

  DİGƏR XƏBƏRLƏR