“Qarabağ”ın 100-cü qolu

“Qarabağ” avrokuboklarda 100-cü qolunu vurub.

“Qafqaz Xəbər” qəzeti qol.az-a istinadən xəbər verir ki, yubiley qolu Ağdam təmsilçisinin Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniyanın “Partizani” klubu ilə cavab matçına təsadüf edib. “Qarabağ”ın 2:0 hesablı qələbə qazandığı qarşılaşmada fərqlənən Dani Kintana 100-cü qolun müəllifi olub.

Qeyd edək ki, “Qarabağ” II mərhələdə İrlandiya təmsilçisi “Dundalk”la qarşılaşacaq.

  DİGƏR XƏBƏRLƏR