Rusiyadan DƏHŞƏTLİ FƏLAKƏT xəbəri gəldi – Çox sayda ölü və itkin düşən var – VİDEO

Rusiyanın İrkutsk vilayətində aramsız yağışların səbəb olduğu sel nəticəsində ölənlərin sayı 7 nəfər çatıb. Aralarında uşaqların da olduğu 9 nəfər isə itkin düşüb.

Tass agentliyi xəbər verir ki, axtarış işlərinə dəstək olmaq üçün bölgəyə xilasedicilərlə yanaşı 300 hərbçi, təyyarə və helikopterlər cəlb edilib.

Daşqınlardan ümumilikdə 4 minə qədər tikiliyə ziyan dəyib. Tulun çayı məcrasından çıxıb./Redaktor.az

  DİGƏR XƏBƏRLƏR