Türkiyədə mikroavtobus aşıb, 15 nəfər ölüb, 27-si yaralanıb

Türkiyənin Van əyalətinin Erçek yaşayış məntəqəsi yaxınlığında qanunsuz mühacirləri daşıyan mikroavtobusun aşması nəticəsində 15 nəfər ölüb, 27-si yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “THMhaber” məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə xilasedicilər, təcili tibbi yardım heyəti və polis əməkdaşları cəlb olunublar.

  DİGƏR XƏBƏRLƏR