Ukraynada televiziya binasına terror hücumu

Kiyevdə “112 Ukrayna” kanalının binası qumbaraatanla hücuma məruz qalıb.
Qaynarinfo Rosbalt.ru-ya istinadən xəbər verir ki, hadisə nəticəsində binanın fasadına zərər dəyib. Ərazidə qumbara hissəciyi aşkar edilib və hücum, terror aktı kimi qiymətləndirilib.
Təhlükəsizlik əməkdaşları hadisəni törədənləri axtarır.
Qeyd edək ki, “112 Ukrayna”nın sahibi Taras Kozak “Həyat üçün” Partiyasında siyasi şuranın sədri Viktor Medvedçukla yaxınlığı ilə bilinir. V.Medvedçuk isə Rusiya prezidenti Vladimir Putinə yaxın şəxsdir.

  DİGƏR XƏBƏRLƏR