Yeni trendə qoşulan Meray Keri şüşəni “səsi ” ilə açdı

Sosial şəbəkələrdə tez-tez fərqli insanlar tərəfindən yeni dəblər, trendlər meydana gəlir.

Bunlardan biri də “bottle cap challenge” –dir. Bu trendin məzmunu şüşə qapağını asan bir şəkildə açmaqdan ibarətdir.

Musavat.com xəbər verir ki, yeni axım məşhur aktyor Ceyson Stethem tərəfindən yaradılıb.

Bir çox məşhurun iştirak etdiyi yeni axıma müğənni Meray Keri də qoşulub. Lakin o hər kəsdən fərqli olaraq şüşə qapağını səsi ilə açıb. Məşhur müğənninin bu görüntüsü sevənləri tərəfindən maraqla qarşılanıb.

Hətta Türkiyə Səhiyyə Nazirliyi bu yeni axımdan istifadə edərək videorolik hazırlayıb.

 

  DİGƏR XƏBƏRLƏR