“Yuxu”nun yaradıcısı vəfat etdi (FOTO)

Azərbaycanın vaxtilə məşhur olan “Yuxu” rok qrupunun yaradıcısı İbrahim Emin dünyasını dəyişib.
Qaynarinfo xəbər verir ki, bu barədə ifaçının yaxınları məlumat veriblər. Bildirilib ki, İbrahim Emin bu gün 56 yaşında vəfat edib.
Qeyd edək ki, İbrahim Emin 18 may 1963-cü ildə Sumqayıt şəhərində anadan olub. 1986-cı ildə “Yuxu” qrupunu yaradıb. O, qrupun ifa etdiyi mahnıların söz və musiqilərinin müəllifi olmaqla yanaşı, bass gitarist kimi də fəaliyyət göstərib.
1989-cu ildə “Yuxu” qrupu “Xəzərin sahilində” mahnısı ilə Qızıl Payız musiqi festivalında qalib olub.

  DİGƏR XƏBƏRLƏR