100 yaşlı qadın uzunömürlülüyünün sirrini açdı

Bu yaxınlarda 100 yaşı tamam olan Yeni Zelandiyanın Mostqil şəhər sakini Müriel Barbara uzunömürlülüyünün sirrini açıb. “Qafqazinfo”nun məlumatına görə, bu barədə yerli “Otago Daily Times” qəzeti yazıb.

Qadının sözlərinə görə, onun çox yaşamasının sirri yuxu ehtiyacının tam ödənilməsində və sağlam qidalanmaqdadır.

“Mən özümü 100 yaşında hiss etmirəm. Həyatdan zövq alıram. Uşaqlarla vaxt keçirmək xoşuma gəlir. Biz onlarla əla yola gedirik”, – deyə qadın qeyd edib.

Gənclik illərini xatırlayan M. Barbara bildirib ki, hər zaman aktiv həyat tərzi sürüb, rəqslə, müxtəlif idman növləri ilə məşğul olub.

  DİGƏR XƏBƏRLƏR