80 milyonluq transfer razılaşdırıldı – rəsmi açıqlama

“Lester”in baş məşqçisi Brendan Rodcers təsdiq edib ki, onun klubu müdafiəçi Harri Muquayrın “Mançester Yunayted”ə transferi ilə bağlı qiyməti razılaşdırıb.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, transfer üçün “MY” 80 milyon avro təzminat ödəyəcək.

“Bildiyimə görə, klublar maddi tərəfi razılaşdırıb. İndi Harri özü “Mançester Yunayted”lə şəxsi şərtləri danışmalıdır. Bu, onun həll edəcəyi məsələdir. Güman edirəm ki, istirahət günlərindən sonra çox şeyə aydınlıq gələcək” – deyə Rodcers bildirib.

Xatırıadaq ki, 26 yaşlı Maquayr “Lester”lə yanaşı İngiltərə millisində də çıxış edir.

  DİGƏR XƏBƏRLƏR