93 yaşlı kraliçanın saysız-hesabsız hobbiləri

Və ya Kraliça Yelizavetanın cəmiyyətdən gizlədiyi özəllikləri, azarkeşliyi nələrdir?

Kral ailəsinin ən yaşlı üzvü olan şahzadə Yelizaveta İngiltərə xaricindəki yeganə evi olan Maltanın paytaxtı Valetta yaxınlığındakı villasını keçən ay 6 milyon avroya satışa çıxarıb. Amma bundan sonra onun Rusiyada 4 mənzili olduğu aşkarlanıb. Bu isə onun barəsində cəmiyyətin bilmədiyi ilk fakt deyil.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, şahzadə Yelizavetanı kameralar qaşısında olduğu qədər tanısaq da, ailə içindəki bəzi cəhətləri də insanı təəccübləndirir. Ad gününü ildə iki dəfə qeyd etməsindən tutmuş, pasportsuz səyahət etməsinə qədər bir çox üstünlüyü olan Şahzadə Yelizaveta ilə bağlı aşağıdakı məlumatları da nəzərinizə çatdırırıq:

İngiltərə kraliçası 2-ci Yelizaveta adına Moskvanın mərkəzində dörd mənzil oldğu ortaya çıxıb. Bu mənzillərin ümumi qiyməti 8.5 milyon dollar məbləğindədir.

Rus mediasına görə, mənzillərin üçü 2002-ci ildə, biri də 2003-cü ildə satın alınıb. Mənzillər Kanada səfirliyi üçün alınıb. Səfirlikdən isə açıqlama verilib ki, “Konstitusiyaya görə, kraliça Yelizaveta Kanadanın da kraliçası olduğu və dövlətin başı sayıldığı üçün rəsmi sənədlərdə bu daşınmaz əmlak onun adına rəsmiləşdirilib”.

Kral ailəsinin ən yaşlı üzvü olan Kraliça Yelizaveta 93 yaşında olmasına baxmayaraq, şıqlığından və baxımından əsla geri qalmır. Amma cəmiyyət onu kameralar qarşısında tanısa da, ailə daxilindəki bəzi xasiyyətləri insanı təəccübləndirir.

21 aprel 1926-cı ildə dünyaya gələn Yelizaveta Aleksandra Meri ad gününü rəsmi olaraq aprelin ikinci şənbə günü keçirir. Bunun səbəbi isə 250 illik bir ənənədir.

Noyabr ayında dünyaya gələn Kral 2-ci Corc pis hava şərlərinə görə 1748-ci ildə ikinci bir ad günü ənənəsinə də start verib. O gündən bəri kral və kraliça ad gününü rəsmi olaraq aprelin ikinci şənbə günündə, xalqın da qatıldığı bir mərasimlə qeyd edir.

6 fevral 1952-ci ildə atası Kral VI Corcun ölümü ilə 25 yaşında taxta sahib olan Kraliça II Yelizaveta 66 ildir ki, taxtdadır. O, təkcə taxtda ən uzun müddət qalan şəxs deyil. Eyni zamanda dünyanın ən yaşlı hökmdarıdır.

Kraliça II Yelizaveta pasportsuz səyahət edə bilir. Beynəlxalq səfərlərində prezidentlər tərəfindən qırmızı xalça ilə qarşılanan Kraliçanın pasporta ehtiyacı yoxdur. Bundan başqa, Kraliça Yelizaveta İngiltərədə sürücülük vəsiqəsi və digər sənədlər olmadan maşın sürmək haqqına da sahibdir.

O, eyni zamanda çarpıcı rənglərin iştirakı ilə hazırladığı kral geyimi stilinə də sahibdir. Limon sarısı rəngdə olan plaşından, bənövşəyi rəngli şapkasına qədər diqqətçəkən geyimlər və rənglər seçməsi onu uzaqdan belə fərq etməyə səbəb olur.

Onunla bağlı bilinən az həqiqətlərdən biri də, digər ölkələrdən ona gələn qeyri-adi hədiyyələrdir. Heyvan sevgisi ilə məşhurlaşan kraliçaya ən qeyri-adi hədiyyə Kamerundan gələn Jumbo adındakı 7 yaşındakı bir fil və iki böyük tısbağadır.

Kraliça eyni zamanda İngiltərənin 20-ci illərdəki tarixindən bəhs edən Dounton Abbey serialını izləməkdən böyük zövq alır. O, serialı izləyərkən tarixi səhvləri də qüsursuz tarix məlumatlarına sahib olduğu üçün dərhal tutur.

Kraliçanın onun üçün özəl hazırlanmış bir “Yaguar” markalı avtmobili var. Yaxşı sürücü olduğu bilinən Kraliçanın “Yaguar”ında çantası üçün özəl bir bölmə və itləri üçün özəl quzu dərisindən hazırlanmış bir xalça yer alır. Həqiqi bir heyvansevər olan Kraliça Yelizaveta indiyə qədər 30 corgi cins it sahibi olub.

18 yaşında ailəsi tərəfindən Susan adında ilk corgisi cinsi it hədiyyə edilən Kraliçanın hazırda 4 iti var: Pharos, Svift, Emma və Linnet. Bundan başqa, kraliça ”dorgi” adında yeni bir it soyunu da başladıb. Şahzadə Marqaretin ”dachshund” cins itiylə öz corgisini cütləşdirən kraliça əlavə 8 corgi itin də sahibidir. Onun saysız-hesabsız hobbiləri arasında fotoqraflıq da yer alır.

Sevinc,
Musavat.com

  DİGƏR XƏBƏRLƏR