ABŞ-ın Rusiyadakı səfiri istefa verdi

ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman istefa verib.
Qaynarinfo xəbər verir ki, 59 yaşlı diplomat 3 oktyabra qədər vəzifəsinin icrasına davam edəcək. C.Hantsman 2017-ci ildən bəri ölkəsinin Rusiyadakı rəsmi səfiri idi.
Con Hantsmanın Yuta ştatında qubernatorluq uğrunda mübarizəyə qoşulacağı güman edilir. O, 2005-2009-cu illərdə ərazidə qubernator vəzifəsini icra edib.

  DİGƏR XƏBƏRLƏR