AFFA “Sumqayıt”ın prezidenti və baş məşqçisinə xəbərdarlıq etdi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Qaynarinfo xəbər verir ki, yığıncaqda Premyer Liqanın II turunun oyunlarında baş verənlər müzakirə olunub.
“Sabah” – “Keşlə” matçının 74-cü dəqiqəsində qonaqların futbolçusu Sezar Meza Kolli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
“Zirə” – “Neftçi” görüşünün 80-ci dəqiqəsində meydan sahiblərinin məşqçisi Anar Niftəliyev texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəza alıb, qəsəbə təmsilçisi 800 manat cərimələnib.
“Sumqayıt” – “Səbail” matçı başa çatdıqdan sonra meydan sahiblərinin prezidenti Riad Rəfiyev və klubun baş məşqçisi Ayxan Abasov oyunun hakiminin qərəzli idarə etmələri haqqında fikirlər bildiriblər. İntizam Komitəsi R.Rəfiyev və A.Abasovu bu hala görə ciddi xəbərdarlıq edib. Bu hal təkrar olunarsa, şəxslər İntizam Məcəlləsinə uyğun olaraq ciddi cəzalanacaqlar.

  DİGƏR XƏBƏRLƏR