Almazbek Atambayev silahlı müqavimət göstərib

Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev onu həbs etmək üçün Koy-Taş kəndinə gələn təhlükəsizlik əməkdaşlarına atəş açıb.
Qaynarinfo İzvestiya.ru-ya istinadən xəbər verir ki, A.Atambayev açıqlamasında TV-də yalan məlumat verildiyini, dəstəkçilərinin soyuq silaha belə sahib olmadığını bildirib. Onun sözlərinə görə, təhlükəsizlik əməkdaşları iqamətgahın 3-cü mərtəbəsində olan zaman atəş açıb, lakin onları vurmamağa çalışıb.
Xatırladaq ki, sabiq prezidentin dəstəkçiləri həbs üçün gələn əməkdaşlara hücum edib. Hadisə zamanı 52 nəfər xəsarət alıb.
Qırğızıstanın hazırkı prezidenti Sooronbay Jeenbekov səhər saatlarında Təhlükəsizlik Şurasının iclasında iştirak edib. Ölkə başçısı sabiq prezidenti qanunları kobud şəkildə pozmaqda, istintaq tədbirlərinin keçirilməsinə silahlı müqavimətdə ittiham edib, sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün təxirəsalınmaz tapşırıqlar verib.
Qeyd edək ki, Almazbek Atambayev korrupsiyada ittiham edilir.

  DİGƏR XƏBƏRLƏR