“Aylan bəbək” haqqında çəkilən filmdə türkiyəli nazir də yer alıb – VİDEO

Suriyadakı müharibədən Yunanistana qaçan ailənin mindiyi gəminin batması ilə həlak olan 3 yaşlı Aylan haqqında film çəkilib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni çəkilən filmdə məşhur “Hollywood” ulduzları da oynayıb. Filmdə həmçinin Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu və CHP liderinin köməkçisi Bülənt Quşoğlu da var. “Aylan bebek” adlı filmin direktoru Corc Edde və Bahattin Öztürkdür.
Qeyd edək ki, Aylan bəbəyin cəsədi 2015-ci ilin sentyabr ayında Ege dənizinin sahilində tapılmışdı. Milyonlara insanın vicdanını sızladan 3 yaşlı uşaq Suriya savaş qurbanlarının simvoluna çevrilmişdi.

  DİGƏR XƏBƏRLƏR