“Azərbaycan əhalisinin 8 faizi dindardır” – Komitə

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hər il Qurban və Ramazan ayında məscidlərə gələnlərin statistikasını müəyyən etmək istiqamətində iş aparır.

Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.

Onun sözlərinə görə, son statistikaya görə, sonuncu Qurban bayramının namazında iştirak edən dindarların sayı təxminən 145-170 min nəfər olub: “Respublikada dindarlıq faizini hesablamaq üçün bir neçə üsuldan istifadə edilir. “Din sosiologiyası” adlı elm var. Həmin elmin bu statistikanın aparılması yanaşmasından istifadə edərək respublikadakı dindarların faiz dərəcəsini müəyyən edirik. Bu zaman həmin bayram namazına gələnlərin sayını 5-ə vururuq. Aldığımız rəqəmə görə, ölkə əhalisinin 8 faizi dindardır. Bu isə təbii ki təxmini rəqəmdir”.

  DİGƏR XƏBƏRLƏR