Azərbaycanda maqnit qasırğası gözlənilir

“Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olmuşdurGünəş diski ləkəsizdir. SDO/AIA 304 görüntülərində 4 avqust /16.40 UTC-də NE kvadrantında filament (sap) püskürməsi qeydə alınmışdır. Koronoqraflarda CME (Coronal Mass Ejections – Tac kütlə atılması) görüntüləri əldə olunduqdan sonra analizi həyata keçiriləcək”.


Bu açıqlamanı  Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Orxan Salehli verib.

O, deyib ki, 2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olub, 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalıb.

“Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunmuşdur. Günəş küləyinin sürəti ortalama 335 km/san olmuşdur. Ümumi maqnit sahəsi 2-5 nT intervalında olmuşdur. Bzkomponenti +2 və -4 nT intervalında zəif dəyişmişdir. Phi bucağı 04 avqust/08.50 UTC-ə qədər dəyişkən olmuşdur.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakitdir (Kp=3, 4).

Kosmik hava proqnozu – Proqnoz dövründə (05 – 07 avqust) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (05 – 07 avqust) CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) effektinin güclənməsi hesabına yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (05 – 07 avqust) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə (05 – 07 avqust) Günəş küləyi parametrlərinin nisbətən güclənəcəyi proqnozlaşdırılır. STEREO-A PLASTIC kosmik aparatının verdiyi məlumatlara görə küləyin sürəti 575 – 600 km/san-yə qədər artacaq.

Diqqət: Proqnoz dövründə ilk iki gün (05, 06 avqust) müsbət qütblülüyə malik CH HSS effektinin təsiri ilə G1- Minor aşağı (Kp=5) səviyyəli geomaqnit qasırğası şəraitinin hökm sürəcəyi gözlənilir. Sonuncu proqnoz günü isə (07 avqust) geomaqnit effektlərinin təsirinin azalması səbəbindən qasırğa şəraiti az fəal, nisbətən sakit şəraitlə (Kp=3, 4) əvəzlənəcək.  ümumən sakitlik (Kp=2, 3) proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk iki gün 15%-dən, sonuncu gün isə 10%-dən aşağı qiymətləndirilir”.

  DİGƏR XƏBƏRLƏR